Qlobal akselerasiya bütün dünyada sürətli böyümə və inkişafa təkan verir. O, kollektiv gələcəyimizi formalaşdıraraq regionlar arasında əməkdaşlığı, innovasiyaları və investisiyaları təşviq edir.
Seçilmiş komandaların uğurlu inkişafı, maliyyə vəsaitlərinin hərəkəti, risklərin qarşısının alınması və ümumilikdə digər addımların yaxından izlənilməsi üçün dəstək göstərilir.
Komandanın böyüməsi üçün dəstək göstərilir
Komandaların ehtiyacları nəzərə alınaraq ayrı-ayrılıqda və ya birgə komandalar üçün mentorlar tərəfindən dəstək göstərilir.
Seçilmiş startapların təsisçiləri üçün xüsusi bootcamplar təşkil olunur.
Akselerasiya proqramı startaplara bizneslərini sürətlə böyütməyə və genişləndirməyə dəstək məqsədli strukturlaşdırılmış layihədir. Üç aylıq müddət ərzində iştirakçılara bir sıra mərhələləri uğurla tamamlamaq üçün resurslar, mentor dəstəyi və şəbəkə imkanları təqdim olunur.
Startapların müəyyən satış portfolyosuna sahib olması, dollar vahidləri ilə gəlir əldə etməsi və qlobal bazara çıxmaq ambisiyalarına malik olması Akselerasiya proqramına uyğunluq meyarlarına daxildir. Proqram müvafiq ilkin mərhələyə çataraq gələcəkdə inkişaf və investisiya imkanları axtaran startapları dəstəkləməyə yönəlib.
Sürətləndirmə proqramının strukturuna təsisçilər üçün bootcamp, mentor sessiyaları, şəbəkələşmə tədbirləri və digər fəaliyyətlər daxildir. Startap sahiblərinin müxtəlif sessiyalarda iştirakı, fərdi mentor dəstəyindən yararlanmaları, şəbəkələşmə tədbirlərinə qoşulmaları və proqram tərəfindən müəyyən edilmiş hədəfləri və ya mərhələləri uğurla tamamlamaları təmin olunur.
Bəli, əgər siz seçim meyarlarına uyursunuzsa müraciət edə bilərsiniz.
Akselerasiya proqramını tamamladıqdan sonra startaplar üç ay müddət ərzində post-akselerasiya dəstəyindən faydalana bilərlər. Buraya əlavə maliyyə üçün investisiya danışıqları və müəyyən müddətə endirimli tariflərlə ofislə təmin olunma dəstəyi daxildir. Məqsəd startapların proqramdan kənarda inkişaf meyillərini davam etdirmələri üçün fəaliyyətlərin daha asan təşkilini təmin etməkdir.