İnkubasiya

İlkin mərhələdə olan Startaplar üçün LTC No-Code İnkubasiya Proqramı

LTC No-Code İnkubasiyası erkən mərhələdə olan startaplara kodlaşdırmadan öz bizneslərini qurmaq və miqyasını genişləndirmək imkanı verir ki, bu da sahibkarlara artım və innovasiya üzərində fokuslanmağa şərait yaradır.

Müraciət et

Proqrama qoşulmağın üstünlükləri

Proqram haqqında

“LTC No-Code İnkubasiya proqramı” biznes ideyalarının uğurlu startaplara çevrilməsini hədəfləyir. Layihə zamanı potensiallı və uzunmüddətli perespektivləri əhatələyən ideya sahibləri üçün əlverişli mühit yaradılır. “LTC No-Code İnkubasiya proqramı”nın əsas məqsədi startap müəlliflərinin yeni biznesə başlamaqla bağlı yaranan çətinliklərini və maneələrini aradan qaldıraraq qısa müddət ərzində uğur qazanmalarına dəstək olmaqdır. Layihə 3 aylıq müddəti əhatələyəcək.

daha çox
Fərdi dəstək

İnkubasiya proqramlarımız hər bir startap üçün zəruri dəstək istiqamətlərini özündə ehtiva edir. Hədəflənən məqsədlərə çatmaq üçün hər bir layihəyə uyğunlaşdırılmış dəstək modelləri və təlimatlar təqdim olunacaq.

Əməkdaşlıq imkanları

Proqramımız müxtəlif sahələrdən və sənayelərdən olan startapları bir araya toplayır. Nəticədə əməkdaşlıq və tərəfdaşlıq üçün yeni imkanlar yaradır.

Startapınızın potensial müştərilərə çıxışı

Proqrama qoşulmaq biznes layihənizin əhatə etdiyi sənaye və ya sektorlara, potensial müştərilərə çıxışını təmin edir. Yeni əlaqələr qurmaq və biznesinizi inkişaf etdirmək üçün bu olduqca əhəmiyyətli fürsətdir.

Peşəkar ekspert dəstəyi

Üzvlərə startap layihələrini inkubasiya proqramının rəhbər heyəti, təcrübəli mentorlar və mütəxəssislərlə birgə müzakirə etmək imkanları yaradılır. Peşəkar ekspertlərin dəstəyi ideyanızın inkişaf etdirilməsi üçün əvəzsiz təcrübə olacaq.

Zəruri resurslarla təminat

Ofis sahəsi, xüsusi mentorluq proqramı, şəbəkələşmə tədbirləri, investisiya imkanları.

Startaplar üçün proqramın imkan və üstünlükləri

Professional Mentor Dəstəyi
No-Code, Low-Code Alətlər
LTCy-da Coworking Yerləri
Komanda formalaşdırılması Dəstəyi
Maliyyəyə Çıxış
Partnyorluq
Şəbəkələşmə və İşə götürmə Dəstəyi

Sahibkarlıq dünyasına adım atın. İnkubasiya proqramımıza qoşulun
layihənizi reallaşdırın!

Müraciət et

Modullar

12 həftəlik Fərdi İnkubasiya Proqramı

Modul 0 - Proqramla yaxından tanışlıq
Modul 1 - Problem və ehtiyacın müəyyənləşdirməsi
Modul 2 - Həll yolları / Məhsulun bazara uyğunlaşdırılması
Modul 3 - Texniki resurslardan istifadə qaydaları
Modul 4 - Rəqabət strategiyası
Modul 5 - Şirkətləşmə / Hüquqi işlərin aparılma qaydaları
Modul 6 - Startaplar üçün komandanın formalaşdırılması
Modul 7 - Məhsul market uzlaşması
Modul 8 - Məhsul və xidmətin saytının istifadəyə verilməsi
Modul 9 - Satış / Böyümə
Modul 10 - Pitch Kanvas
Modul 11 - “İnvestor Deck”in hazırlanması
Modul 12 - Final Demo Gününə hazırlıq

Professional mentorluq, fərdi dəstək inkişafınıza töhfə verəcək digər fürsətləri qaçırmayın. Elə indi bizim inkubasiya proqramımıza qoşulun!

Müraciət et

Startaplar üçün texniki resurslar

Notion
Tilda
Hubspot
Hotjar
Amazon Web Services
Mailer Lite
Bizplan account
Startups.com account
Tallyform
Google Suit

Seçim prosesi

Müraciətlərin qəbulu
İlkin baxış
Müsahibə sessiyası
Nəticələrin elan olunması
Proqramın başlaması

Seçim prosesi

Seçim Meyarları

İdeyasının real və aktual problemi həll etdiyinə inananlar
Təklif etdiyi həllin mövcud digər həllərdən fərqli və daha əlverişli olduğunu düşünənlər
İdeyasının geniş əhatə dairəsinə malik olacağını əsaslandıra bilənlər
Korporativ təcrübəyə malik şəxslər

FAQ

Tez- tez verilən suallar

No-Code İnkubasiya proqramı nədir?

“No-Code İnkubasiya proqramı” “No-Code” və ya “Low-Code” texnologiyalarını tətbiq edən startapları dəstəkləməyə və inkişaf etdirməyə yönəlmiş inkubasiya proqramıdır. Layihə startapların həyata keçirilməsi zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün unikal həllər təklif edir. Həmçinin buraya hədəflərə çatmağı təmin edən geniş resurslar, mentorluq və şəbəkə xidmətləri də daxildir.

“No-Code İnkubasiya proqramı”na qoşulmağın üstünlükləri nələrdir?

“No-Code İnkubasiya proqramı”na qoşulmağın bir çox üstünlükləri var. Proqrama qoşulmaqla siz “No-Code” alətlərinə və platformalarına giriş əldə edəcək, təcrübəli mütəxəssislərdən mentor dəstəyi alacaq, eyni zamanda müxtəlif mövzuları əhatə edən maarifləndirici sessiyalarda iştirak edə biləcəksiniz.

Proqramın strukturu necədir?

“No-Code İnkubasiya proqramı” müxtəlif mövzuları, mentorluq sessiyalarını, şəbəkələşmə tədbirlərini özündə ehtiva edən 12 həftəlik proqramdır. Startap sahibləri maarifləndirici sessiyalarda iştirak edə, peşəkar mentor dəstəyindən yararlana, şəbəkələşmə tədbirlərinə qoşula, proqram tərəfindən müəyyən edilmiş məqsədlərə və ya mərhələlərə nail olmaq üçün çalışa bilərlər.

Proqram ödənişlidir?

Xeyr, proqram ödənişli deyil.

İnkubasiya proqramı başa çatdıqdan sonra nə baş verir?

“No-Code İnkubasiya proqramı”nı bitirdikdən sonra startap sahibləri “No-Code” alətlərindən istifadə edərək öz bizneslərini daha çox inkişaf etdirmək imkanı qazanacaq. İştirakçılar sahibkarlıq fəaliyyətində yarana biləcək çətinlikləri aradan qaldırmaq və müvafiq sənayelərdə uğur qazanmaqla bağlı dəyərli bilik, bacarıq və əlaqələr əldə edəcək.

Elə indi proqramımıza qoşulun uğur yolunuzda əvəzsiz
dəstəklərlə ideyanızı reallaşdırın!

Müraciət et